Mənzildən silah-sursat tapılıb

Mənzildən silah-sursat tapılıb

Gəncə şəhərində Rusiya Federasiyanın vətəndaşı Elburus Həsənova məxsus mənzildən silah-sursat tapılıb.

Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, onun evindən sənədləri olmayan "İJ-16" və "TOZ-8" markalı tüfəng, 78 ədəd patron və 6 ədəd boz giliz aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə