AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları - Ümumi işlər üzrə direktor müavini Fuad Aslanov, Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova Belarus Milli Kitabxanasına (BMK) ezam olunublar. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yeddi günlük ezamiyyətin əsas məqsədi müasir kitabxana-informasiya sahəsində təcrübə qazanmaq, rəqəmsallaşdırma, rəqəmsal mühafizə, kitabxanada mühafizə olunan sənədlərin fiziki, texniki bərpası və digər sahələrdə müasir kitabxana təcrübəsini öyrənmək, kitabxana-xidmət sahələrinin təhlükəsizlik sistemini mənimsəməkdir.
Ezamiyyətdə olduğu müddətdə MEK əməkdaşlarına BMK-ın Elmi işlər üzrə direktor müavini Lyudmila Kiruxina təmsil etdiyi qurumun gördüyü işləri haqqında məlumat verib, kitabxanaya ekskursiya təşkil edib. Bundan başqa BMK-ın İnformasiya Mərkəzinin müdiri Alla Şeremetova, Biblioqrafik-İnformasiya Texnologiyaları şöbəsinin müdiri Janna Risieva və kitabxananın aparıcı mütəxəssisləri azərbaycanlı həmkarlarını şöbə və bölmələrin iş fəaliyyəti ilə yaxından tanış ediblər.
Restavrasiya və bərpa mərkəzində MEK-in əməkdaşları iş prosesi və sənədlərin restavrasiya texnikasının müxtəlif üsulları, həmçinin kitabxanada istifadə olunan ABİS proqramı, rəqəmsallaşdırmanın texniki təchizatının əsas şərtləri, müasir üsulları və standartlara əsaslanmış Belarus təcrübəsi ilə yaxından tanış olublar. Kitabxanaın əməkdaşları BMK-ın əlyazmalardan ibarət olan kitab muzeyində də olublar.
Görüşlər çərçivəsində belarus həmkarlara MEK adından Azərbaycanın tarixi və mədəniyyətinə dair kitablar hədiyyə edilib.
Təcrübə mübadiləsi səfəri noyabrın 13-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB