Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı və B.İ.L qrupun təklifi ilə "Danışan kitab" layihəsinin növbəti təlimi keçirilib. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi kariyera üçün lazımı kitabların oxuyaraq seminar şəklində təqdim olunmasıdır.
YAP Gənclər Birliyi ofisinin koordinatoru Elmar Məmmədov tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədi haqqında ətraflı məlumat verib və bildirib ki, bu dəfəki təqdimat üçün seçdiyimiz kitab iş həyatında çox mühüm əhəmiyyət kəsb edən "Bədən dili" yönümlü olacaq. Təqdimat üçün seçdiyimiz kitab Əhməd Şərif İzgörənin "Diqqət bədəniniz danışır" kitabıdır. "Bədən dili" mövzusuna aid olan bir kitabdır. Sonda "Hamımız kitab oxuyaq! Çünki kitablar çox maraqlıdır, onlar danışır!" sözləri ilə çıxışını tamamlayıb.
Təqdimatda bədən dilinin həyatımızda oynadığı rolu, bədən dilində əllərin verdiyi mesajlar, bədən dilində ayaqların verdiyi mesajlar, iş dünyası və güc oyunları, sevgi hissini və yalan danışmanı bədən dilindən necə anlamaq olar, rənglərin gündəlik həyatımızda oynadığı rol və s. kimi mövzulardan danışılıb.
Tədbirdə çıxış edənlər layihəyə uğurlar arzulayıb, gənclərin kitaba olan marağının artırılmasına yönələn belə layihələrin gələcək nəslin təlim-tərbiyəsində, intellektinin inkişafında müsbət rol oynamasından danışıblar.
Gənclər daha sonra belə layihələrdə nə görmək istədiklərini deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB