"Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq əgər uğrunda ölən varsa vətəndir". 9 noyabr şərəf və qürur mənbəyimiz dövlət bayrağı günüdür. Bu bayram hazırda ölkənin bütün regionlarında olduğu kimi, Sumqayıtda da təntənəli şəkildə qeyd olunur.
SİA-nın məlumatına görə, şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə bayraq yürüşü təşkil olunub. Şəhərin müxtəlif istiqamətlərindən bayraq yürüşü şəhər icra hakimiyyətinin qarşısında olan Sumqayıt şəhər Bayraq meydanında başa çatacaq. Minlərlə şəhər sakininin, eləcə də məktəblilərin qoşulduğu Bayraq yürüşü şəhərin 3 müxtəlif istiqamətindən – Sumqayıt bulvarından, Heydər Əliyev Mərkəzinin qarşısından və Sülh küçəsindən başlayıb.
Yürüş iştirakçıları əllərində üçrəngli bayrağımızla şəhərin Bayraq meydanına doğru hərəkət ediblər. Bayraq meydanında başa çatan yürüş konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB