"Azərbaycan ictimaiyyəti Dünya Elm Gününu Elm Festivalı ilə qeyd etdi"

"Azərbaycan ictimaiyyəti Dünya Elm Gününu Elm Festivalı ilə qeyd etdi"

"Dünya Elm Günü təsis ediləndən indiyədək Azərbaycan Milli Elmlər Akademiyasında bir çox islahatlar aparılır, müxtəlif tədbirlər həyata keçirilir. Bu il respublikamızın elmi ictimaiyyəti Dünya Elm Gününü ikinci Azərbaycan Elm Festivalının keçirilməsi ilə qeyd etmiş oldu". Bunu SİA-ya açıqlamasında AMEA-nın gənc alim və mütəxəssislər şurasının sədri Famin Salmanov deyib.

Onun sözlərinə görə, həmin festival çərçivəsində Azərbaycan elminin və alimlərinin nailiyyətləri geniş ictimaiyyətə çatdırıldı: "Ümumiyyətlə, Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Bildyiniz kimi, ölkə başçısının sərəncamı ilə AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılacaq ki, bu da ölkəmizdə elmə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda akademiyada elmin inkişafı ilə bağlı ötən il magistr pilləsi də yaradılıb. Bununla yanaşı AMEA-da gənclərin elmi istiqamətə axını üçün lazımı işlər görülür, mühüm addımlar atılır, beynəlxalq konfrans və seminarlar keçirilir. Ümumiyyətlə, Dünya Elm Gününün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir. Bir çox yerlərdə olduğu kimi, bizim ölkəmizdə də bu bayram böyük qürur hissi ilə keçirilir".

Qeyd edək ki, noyabrın 10-u Dünya Elm Günüdür. Bu tarix UNESCO-nun qərarı ilə ilk dəfə 2002-ci ildə təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə