2016-cı il 4 noyabr tarixində saat 11:00-da Azərbayacan Gənclərinin Avropaya İnterasiya Təşkilatının Fərdi İnkişaf Mərkəzi Etika Akademiyasında "Sürrealizm-Mənəm" adlı rəsm sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgi ictimai fəal Nurlana Məmmədova tərəfindən həyata keçirilən təlimlərin yekun mərhələsidir. Etika Akademiyasında təlimlər keçildikdən sonra iştirakçılara mövzuya uyğun əsərlər hazırlamaları üçün zaman verilib.
Layihənin əsas məqsədi gənc Azərbaycan rəssamları arasındasürrealizm yaradıcılıq metodunun inkişafına dəstək olmaq, sürrealistik incəsənət sahəsində gənclərin fəallaşmasına təkan vermək, daxili dünya və şüuraltı məntiqi təfəkkürü inkişaf etdrimək, sürrealistik rəsm əsərlərinin köməyi ilə insanlar arasında ictimai baxışın genişlənməsinə töhfə verməkdir.
Sərgidə gənc rəssamların kətan üzərində yağlı boya, kağızda qara qələm, parça üzərində akril boya ilə çəkdikləri 27 rəsm əsərlərləri nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Etika Akademiyasının rəhbəri Günel İbrahimqonaqları salamlayaraq, sürrealizm yaradıcılıq metodunun inkişafı, onun Azərbaycan təsviri sənətində mövcud olmasının vacibliyini qeyd edib və gənclərin bu sahəyə olan marağını vurğulayıb.
Sərgidə nümayiş olunan rəsm əsərləri haqqında qonaqlara ətraflı məlumat verilib. İştirakçılardan Qurbanova Nigar, Vəzirova Leyla, Səfərova Hakimə və Novruzlu Leyla 4 ən yaxşı rəsm əsərinin müəllifi kimi sertifikatla təltif olundu. Sərgi 3 gün davam edib.
Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab" təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi" çərçivəsində reallaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB