Bu gün "Kaspi" təhsil şirkəti və "Azercell Telekom" MMC-nin " Jurnalistlər üçün ingilis dili kursları" ilə bağlı əməkdaşlığı bu il də uğurla başa çatıb. SİA-nın xəbərinə görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində layihənin yekunu ilə bağlı keçirilən tədbirdə bildirlib ki, 2015-2016-cı tədris ili üzrə qurulan əməkdaşlığın altıncı ilində 70 jurnalist ingilis dili kurslarına cəlb olunub. Oktyabr-may aylarında təşkil olunan kursları 36 jurnalist davamiyyət və akademik göstəricilərə görə sona qədər uğurla başa çatdırıb. Tədbirdə həmçinin qeyd olunub ki, kursun keçirilməsində əsas məqsəd jurnalistlərin beynəlxlaq səviyyədə informasiya almasına yardım etmək, onların dünya görüşünü artırmaq və s.ibarətdir. Yekunda kursu bitirənlərə sertifikatlar təqdim edilib. Həmçinin davamiyyətinə, peşəkarlığına, çalışqanlığına görə seçilən iki nəfər Böyük Britaniyada ingilis dili kursuna göndərilmək üçün seçilib. Qeyd edək ki, jurnalistlər üçün təşkil olunan ingilis dili dərsləri bu il daha fərqli və təkmilləşdirilmiş proqram əsasında tərtib olunub. 4 bacarıq-yaz, dinləmə, oxuma və danışıq -üzrə qabiliyyətlərin inkişaf etdirilməsi məqsədini daşıyan kursların əsas hədəfi jurnalistlərin xəbərin ilkin mənbələrinə çıxışının təmin olunmasıdır. "Azercell" şirkətinin dəstəyi ilə keçirilən ingilis dili kurslarının növbəti tarixi və qeydiyyatı haqqında məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB