Təbii qaz problemlərini kimlər yaradır? REPORTAJ

Təbii qaz problemlərini kimlər yaradır? REPORTAJ

Sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə canlanma müşahidə olunur. Hazırda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan işlər ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığını aradan qaldırır. Azərbaycan dünyanın ən güclü iqtisadiyyatı olan ölkələrindəndir.

Ölkəmizdə insanların sosial durumlarının daha da yaxşılaşdırılması istiqamətində dövlətimiz ardıcıl olaraq mühüm addımlar atır. Azərbaycanın ən ucqar kəndlərinə belə qaz, su, işıq xəttəri çəkilib.

Ancaq bəzi hallarda yerli kiçik məmurların özbaşınalığı və şəxsi mənafeyini güdməsi insanlarda narazılıqlar yaradır və görülən işlərə kölgə salmağa yönəlir. Belə məmurlar vətəndaşlara problemlər yaradaraq, aparılan qlobal əhəmiyyətli, böyük işlərin nəticəsində sürətli inkişafın fonunda ortaya narazlıqlar çıxarırlar. Bu isə ölkə rəhbərliyinin uzaqgörən, düşünülmüş, uğurlu siyasətinə ziyan verir.

Dövlət başçısının tapşırğı və imzaladığı müavafiq sənədlərlə Azərbaycanın bütün regionlarında, illərlə qaz üzünə həsrət qalan ərazilərində belə qazlaşdırma aparılıb. Ancaq bəzi yerli məmurlar müasir sayğacların quraşdırılması, bu zaman vətəndaşlara borcların yazılması, qaz xəttlərinin çəkilişi, xəbərdarlıqsız tez-tez qazın kəsilməsi və digər məsələlərdə problemlər yaradırlar.

Belə ki, redaksiyamıza daxil olan şikayətlərdə Bakının bəzi qəsəbələrində heç bir borcu olmayan vətəndaşların qaz təminatının hər gün xəbərdarlıq edilmədən kəsilməsi, aidiyyatı qurum tərəfindən qoyulmuş və möhürü açılmamış, kiçik məbləğdə borcu olan sayğacı müasir sayğacla əvəzləyərkən vətəndaşlara haqsız yerə külli miqdarda borcların yazılması, şikayətlər zamanı problemlərin düzgün araşdırılmaması, regionlarda bəzi yaşayış evlərinə qaz xəttlərinin çəkilişi, eyni ünvanda qeydiyyatda olan, ancaq ayrı yaşayan ikinci ailənin istifadəsi üçün yeni sayğacın quraşdırılmasına böyük məbləğdə vəasitin tələb olunması narazılıq yaradan ən önəmli məqamlardır.

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün SİA-ya açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev sağacların "Azəriqaz" İB tərəfindən pulsuz verildiyini, ancaq qazlaşdırma işlərini podratçı şirkətlərin həyata keçirdiyini bildirdi: "Bakı ətrafı qəsəbələr və kəndlər tamamilə təbii qazla təmin olunub. Özünə ayrı fərdi yaşayış evi tikən vətəndaşlar da "Azəriqaz" İB-nə müraciət edirlər. Şəffalığın təmin edilməsi üçün qazlaşdırmanı ASAN Xidmət mərkəzlərində adları olan, lisenziyalı podratçı şirkətlər aparır. Orada onların siyahısı və ünvanları var. 30-40 adda podratçı şirkət mövcuddur. Onlardan hər hansı biri ilə müqavilə bağlayıb, qaz xətti çəkdirmək mümkündür. Sərfiyyata uyğun məişət qaz sayğacı "Azəriqaz" İB tərəfindən pulsuz verilir. Ancaq qazlaşdırma, qaz xəttinin dəyişdirilməsi, texniki icra, layihə smeta sənədlərinin hazırlanması həmin lisenziyası olan təşkilat tərəfindən həyata keçirilir və "Azəriqaz" İB-ə təqdim olunur. Vətəndaşla podratçı şirkət arasında münasibətə "Azəriqaz" İB qarşımır və məsuliyyət daşımır".

İ.Kərbəlayevlə bəzi yerlərdə qaz təchizatının tez-tez dayandırılmasına münasibət bildirdi: "Qaz təchizatı hər gün dayandırlmır. Planlı şəkildə iş aparılan zaman qaz təchizatı dayandırılması ilə bağlı KİV vasitəsilə ictimaiyyətə öncədən məlumat verilir. Görülən işlər ondan xəbər verir ki, qarşıdan gələn soyuq, şaxtalı havalarda da qaz təchizatında hər hansı məhdudiyyət və problem yaşanmayacaq. Qəza halları isə istisnadır. "Azəriqaz" İB-nin Təmir-Tikinti İdarəsinin işçi heyəti lazımı avadanlıq, maşın və mexanizmlə tam təmin olunub ki, yaranan çatışmazlığı dərhal aradan qaldırsınlar".

O, abonentlərin borcun düzgün olmadığını düşündüyü zaman "Azəriqaz" İB-nə müraciət etməli olduqlarını vurğuladı: "Vətəndaş əgər borcun düzgün olmadığını bildirirsə, "Azəriqaz" İB-nin müvafiq şöbəsinə müraciət etməli və məsələ işçi qrupu tərəfindən araşdırmalıdır. Abonentə nəticə haqda məlumat verilməlidir. Əgər borc ödənilməlidirsə, istisna hallarda vətəndaşın ailə vəziyyəti və digər səbəblərdən işçi qrupu tərəfindən müəyyən öhdəlik verilir ki, hər ay müəyyən qədər ödənilsin. Ancaq işlədilən təbii qazanın dəyəri dərhal vatında ödənilməlidir".

İ.Kərbəlayev eyni ünvana ikinci sayğacın qoyulması haqda da məlumat verdi: "Əgər eyni ünvanda yaşayan şəxslərin sənədləri ayrı-ayrıdırsa, mülkiyyət hüquqları varsa, "Azəriqaz" İB tərəfindən sayğac pulsuz verilir. Eyni ünvana ikinci sənəd olmadığı halda vətəndaş öz vəsaiti hesabına təmin olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə