Azərbaycanda havanın temperaturu normadan yüksəkdir AÇIQLAMA

Azərbaycanda havanın temperaturu normadan yüksəkdir AÇIQLAMA

" Azərbaycanda havanın temperaturu iqlim normasına yaxın, bəzi günlərdə isə 1-1.5 dərəcə yüksəksdir". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova açıqlamasında deyib.
O bildirib ki, yaxın 2-3 gün ərzində respublika ərazidinə mövcüd olan hava şəraitində heç bir dəyişikilik gözlənilmir.

Qeyd edək ki, Sabah bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxt və yarımadada bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə