"Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” konfransı keçirilir SƏS TV

"Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” konfransı keçirilir SƏS TV

Bakıda "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda gənclərin respublika konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov gənclər və idman sahəsində 25 ildə əldə olunan uğurlardan danışıb: "Müasir Azərbaycan müstəqilliyinin ilk illərində ağır sınaqlardan keçdi. Həmin dövrdə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev həyata keçirdiyi uzaqgörən siyasəti ilə ölkəmizi parçalanmaqdan qutardı".

Nazir bildirib ki, Ümummilli Lider hakimiyyətə gəldikdən sonra ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Gənclər və İdman Nazirliyi yarandı: "Bu gün Azərbaycan dünyadakı yeni qlobal çağrışlara uyğun yeni islahatlara start verib. Ölkəmizdə müstəqilliyimizin yaşıdı olan gənclər ordusu var. Bu gün əhalinin 27 faizini gənclər təşkil edir. Ölkəmizin 38 regionda gənclər evi yaradılıb, gənclər sahəsində 300-dən çox QHT fəaliyyət göstərir. Gənclərin fəaliyyəti tək paytaxtda deyik, regionlarda da güclənib".

A.Rəhimov idman sahəsində qazanılan uğurlardan da danışlb.

Millət vəkili Fuad Muradov gənclər sahəsində həyata keçirilən siyasətdən bəhs edib. Bildirib ki, Milli Məclisdə Gənclər və idman Komitəsinin fəaliyyətə başlaması qanunvericilik bazasını daha da təkmilləşdirəcək. O, komitənin fəaliyyəti, qanun layihələri barədə də məlumat verib.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu fondun dövlət başçısının təşəbbüsü ilə yarandığını deyib. Əlavə edib ki, gənclərin fərdi olaraq layihələrinin maliyyələşməsi unikal bir hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə