Bakıda ikinci mərtbədən yıxılan 67 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. SİA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib.
Orada tikinti aparılan binada fəhlə kimi çalışan 1949-cu il təvəllüdlü Əkbərov Tariyel Bəhrəm oğlu ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb. Ağır xəsarət alan T.Əkbərov xəstəxanaya çatdırılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB