MEMM-də “Bayraq bizim qürur mənbəyimizdir” adlı aksiya FOTOLAR

MEMM-də “Bayraq bizim qürur mənbəyimizdir” adlı aksiya FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr sərəncamına əsasən, ölkəmizdə hər il noyabrın 9-da Dövlət Bayrağı günü qeyd edilir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. SİA-nın verdiyi məlumata görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə "Bayraq bizim qürur mənbəyimizdir" süarı altında Dövlət Bayrağı gününə həsr olunmuş aksiya çərçivəsində Bayraq Meydanına doğru yürüyüş və seminar keçirilib.

Seminarda Mərkəzin əməkdaşları Cəlal Həziyev, Məhbubə Əbilova "Bayrağımız, tariximiz, şərəfimiz", Səbuhi Hüseynov "Dövlətçiliyimizin qürur mənbəyi bayrağımız" adlı məruzələrlə çıxış ediblər.

Müəssisənin direktoru Asif Usubəliyev mərkəzin əməkdaşlarının təbrik edərək qeyd edib ki, bu tədbir xüsusi önəm daşıyır. Ona görə ki, Аzərbаycаn bаyrаğı milli ləyаqət simvоludur, bizim qürur mənbəyimizdir. Оnu ucа tutmаq, vüqаrlа dаlğаlаndırmаq hər birimizin şərəf bоrcudur.

Qeyd edək ki, ilk Dövlət Bayrağı Günü 2010-cu ilin noyabrın 9-da qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə