Dövlət Bayrağı günü qərb bölgəsində təntənə ilə keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Samux rayonunda şəhər ziyalıları, ictimaiyyət nümayəndələri və şəhər sakinlərinin qatıldığı tədbirdə bu günün əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, şanlı bayrağımız daim yüksəklərdə dalğalanır. Bu isə bizim xalqımızın qurur yeridir.
9 noyabr Dövlət Bayrağı günü Şəmkir rayonunda da təntənə ilə qeyd edilib. Türkçülük, müasirlik və islamçılığı ifadə edən bayrağımızı dövlətimiz və vətəndaşlarımız həmişə hörmətlə qoruyur.
Bayraq Günü musiqili proqramla davam etdirilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB