Bakı sərnişin-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib FOTOLAR

Bakı sərnişin-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib FOTOLAR

Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, əsaslı təmir işlərini "Dəmiryolservis" MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.

"İşlər mərhələ-mərhələ aparılır. Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi bu dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissəsinin təmirinə başlayıb. İndi köhnə yolun söküntüsü və torpaq yatağının işlənməsi prosesi gedir", - deyə N.Əzməmmədov əlavə edib.

N.Əzməmmədov bildirib ki,bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq: "Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə