Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov qurumun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb. SİA-nın qurumdan əldə etdiyi məlumata görə, görüşdə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresi barədə fikir mübadiləsi aparılıb. AZƏRTAC-ın 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcəyi bildirilib. Söhbət zamanı V Konqresdə müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb və UNESCO-nun nümayəndəsinin tədbirdə iştirakının önəmi qeyd edilib.
Diqqətə çatdırılıb ki, UNESCO-nun baş direktoru İrina Bokova Konqres iştirakçılarına videomüraciət ünvanlayacaq. Səfir Anar Kərimov buna görə UNESCO-nun baş direktoruna minnətdarlığını bildirib.
Qetaçyu Enqida Dünya Xəbər Agentliklərinin V Konqresinə dəvətə görə təşəkkür edib, bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB