Almaniya prezidenti Joachim Gauck Türkiyədə nəşr olunan "Cümhuriyyət" qəzetinin keçmiş Baş redaktoru, hazırda haqqında həbs qəti-imkan tədbiri seçilən Cam Dündarı qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Can Dündar əvvəlcə Prezidentin xüsusi dəftərinə öz ürək sözlərini yazıb. Joachim Gauck Dündarı həyat yoldaşı ilə birgə qarşılayıb.
Dündar prezidentə alman dilində yenicə çapdan çıxmış "Həbs olundum" kitabını hədiyyə edib.
Qeyd edək ki, mətbuata bağlı olan görüşdə "Sərhədsiz Reportyorlar" Təşkilatından bir nümayəndə də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB