Bakı-Tbilisi-Qars dəmiryolunda sınaq qatarı

Bakı-Tbilisi-Qars dəmiryolunda sınaq qatarı

Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq. SİA-nın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Qars valisi Rəhmi Doğan məlumat verib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilk mərhələsi bu ilin sonuna qədər tamamlanacaq. Yanvarın 1-də sınaq qatarı yola salınacaq və bununlada yeni ilin ilk günündə Bakı-Tbilisi-Qarsın açılışı həyata keçiriləcək.

Qeyd edək ki, 826 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin inşası 2008-ci ildə başlayıb. Layihə sayəsində Asiya və Avropa arasında dəmir yolu ilə səyahətin müddəti 15 günə enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə