"Yerli" Proqramı çərçivəsində növbəti maarifləndirmə tədbirləri Dağlıq Şirvan iqtisadi rayonunda baş tutub. 4-5 noyabr 2016-cı il tarixlərində keçirilən tədbirlər Şamaxı rayonunun Mədrəsə, Ağsu rayonunun Pirhəsənli, İsmayıllı rayonunun Qalacıq kəndlərində Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə keçirilib.
"Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Ağsu, İsmayıllı və Şamaxı rayonlarında rayonlarında "Sahibkarlıq və biznes" mövzusunda keçirilən təlimlər 120 gənci əhatə edib. Təlim zamanı gənclərə mövzü ətrafında məqsədin təyin olunması, motivasiya və özünəinam, biznes ideyasının yaradılması və planı, biznes işində başlanğıc mövzularda ətraflı məlumat verilib. Gənclər komandalara bölünərək əldə etdikləri biliklər əsasında müzakirələrə qoşulublar. Tədbirin sonunda kənd gənclərinin təltif olunma mərasimi baş tutub. Tədbirlər zamanı həyata keçirilən video çarxı bu link (https://goo.gl/bbr4tV) vasitəsi ilə izləyə bilərsiniz.
Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan: 2020 Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhəri və 39 rayonunun 64 kənd və qəsəbələrindən 1200-dən çox gəncin iştirakı ilə baş tutub.
_1.jpg)
_1.jpg)
_1.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB