9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür. Bu barədə SİA-ya Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, 10 noyabr tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, hazırda respublika ərazisində 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB