SSRİ məkanında doğulub boya-başa çatan və bir çoxlarının yaddaşında məşhur "Günəşli kloun" kimi tanınan Oleq Popov noyabrın 2-də Ristov-Don şəhərində ölüb. SİA İtar-Tass-a istinadən xəbər verir ki, insanlar sevimli klounlarını Rostov-Donun sirk binasından son mənzilə sürəkli alqışlarla yola salıblar.
Sirkin girəcəyində Popovun heç vaxt özündən ayırmadığı qaloş və çətir rekvizitləri qoyulub, böyük ekrandan isə onun müxtəlif illərdə nümayiş etdirdiyi məşhur sirk nömrələrinin fraqmentləri göstərilib.
"Biz onun Rostovdakı son tamaşasına baxma bildik, ancaq dostlarımız yox, baxmayaraq ki, biletlərini almışdılar. Bu gün biz əfsanə ilə vidalaşmağa gəlmişik, hansı ki, uşaq vaxtımızdan onu sevə-sevə izləyirdik"-deyə 12 yaşlı nəvəsi ilə vida mərasiminə gəlmiş Rostov-Don sakini İrina Qarifova bildirib.
Artıq Rusiyanın prezidenti Vladimir Putin də əfsanəvi sirk ustasının ölümü ilə bağlı fikirlərini bildirib. O deyib ki, Oleq Popovun ölümü onu sevənlər üçün böyük itkidir.
Qeyd edək ki, Oleq Popovun başına qoyduğu şahmatlı kepkası onun tanımasında xüsusi rol oynayıb. O, sağlığında deyirdi ki, şahmatlı kepkası artıq dünyaca məşhur bir ticarət nişanına çevrilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB