Bakı Metropoliteninin "20 yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb. SİA-nın məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində baş verib.
Elektrik enerjisində problem yarandığından stansiyaya verilən cərəyan enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB