Noyabrın 7-də Saatlı rayonunun Genişkənd kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 123 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9432 metr oıan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Hazırda Saatlı rayonunun daha 7 kəndində ( Şirinbəyli, Sarıcalar, Qara Nuru, Qazanbatan, Məmmədabad, Çolpı və Əliabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Tədbirdə çıxış edən sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB