Xaçmazın Şıxhaput kəndi ilə Sərkərli kəndini birləşdirən körpünü sel apardığından şagirdlər bu çətin dar boruların üzərindən keçərək qonşu kəndə gedirlər. Şıxhaput kəndində orta məktəb olmadığı üçün şagirdlər məcburdular ki, bu boru körpüdən keçsinlər.
SİA-nın bölgə müxbiri həmin kənddə sakinlərin problemləri ilə maraqlanıb. Həmin çətin anları lentə alıb. Çəkiliş qrupunun gəlişini eşidən Şıxhaput kənd sakinləri müxbirimizə dərdlərini danışıblar. Bildiriblər ki, uzun illərdir Ağçayın üzərindən keçən körpünü sel yuyub aparıb. Qonşu Suxtakələ kəndində yaşayan Əlislam adlı şəxs öz hesabına bu boru körpünü tikib.
Sakinlər qeyd ediblər ki, hər gün iki dəfə 70 sagird 10 muəllim və işçi heyyətlə yanaşı kəndin əhalisi də bu körpüdən keçməlidirlər. Azyaşlı məktəblilərin valideynləri isə günün iki dəfəsində körpünün kənarına gələrək öz uşaqlarını keçirməyə məcburdurlar. Rayon mərkəzindən 10 km aralıda yerləşən bu kəndin sakinləri rayona rahat gedə bilmirlər. Bu kəndlə yanaşı qonşu Qaraçay-Cəgli, Qaracig-Zeyid, Aşağı-Zeyid, Qədimalı və Alıc kəndləri də avtomobil körpüsünün olmamasından əziyyət çəkir. Bununla bağlı Şıxhaputluların böyüyündən tutmuş kiçiyə kimi dərdləri körpünün düzəlməsinə ümüdlüdürlər.
Kənd sakinlərinin çoxluğunu görən Şıxhaput Bələdiyyəsinin sədri Elşad Allahyarov sakinlərlə mübahisə edib. Açıqlama verən sədr bildirib ki, bu problemi həll etməyə bizim vəsaitimiz çatmaz: "Məsələdən rayon rəhbərliyinin də xəbəri var. Hətta layihə institutundan da nümayəndələr gəlmişdirlər. Ancaq bir faydası olmayıb".
Xatırladaq ki, Ağçay üzərində tikilən körpünü 1991-ci ildə güclü sel nəticəsində yuyub aparıb. Hal-hazırda sakinlər çaya sel gələn kimi avtomobillərini çayın o tərəfində qoyaraq piyada dəmir borunun üzərindən keçərək mənzil başlarına çatırlar.
Emin Kerimov



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB