Millət vəkili Bolqarıstanda prezident seçkisini müşahidə etdi FOTOLAR

Millət vəkili Bolqarıstanda prezident seçkisini müşahidə etdi FOTOLAR

Bolqarıstanda növbəti Prezident seçkisi keçirilib. Bolqarıstan Prezidenti və vitse-prezidenti vəzifələri uğrunda müxtəlif partiya, ictimai hərəkat və birliklərdən 21 çütlük olmaqla 42 namizəd mübarizə aparıb. SİA-nın verdiyi məlumata görə, qabaqcadan praqnoz verildiyi kimi əsas mübarizə hakim "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" (GERB) partiyasının namizədi xanım Tsetska Tsaçeva və "Bolqarıstan Sosialist Partiyası"nın namizədi Rumen Radev arasında baş tutub.

Prezident seçkilərinin II turunda GERB partiyasının üzvü Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva və Hava qüvvələrinin sabiq komandiri Bolqarıstan Sosialist partiyasının üzvü Rumen Radev qarşılaşacaqlar.

Milli məclisin deputatı Azərbaycan-Bolqarıstan Parlamentlərarası işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstan Parlamentinin dəvəti ilə Bolqarıstanda səfərdə olub və seçkiləri müşahidə edib. Səfər zamanı Rauf Əliyev Bolqarıstan Parlamentində Bolqarıstan Xalq məclisinin deputatı Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Korman İsmayılov başda olmaqla dostluq qrupunun üzvüləri ilə görüş keçirib. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iştirak edərək çıxış edib.

Görüşdə Bolqarıstan-Azərbaycan Parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və idman sahələrində əlaqələrin mövcud vəziyyəti və inkişaf prespektivləri müzakirə olunub.

Bolqarıstan Mərkəzi Seçki Komissiyasında komissiya üzvləri ilə görüşlər keçirilmiş, seçkinin gedişatı barədə məlumatlar əldə olunub, bu sahədə iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə