ARGTMŞ Gənclər Evində Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan "QHT İdarəetmə Akademiyası" (QİDA) proqramı çərçivəsində "Təsirli Nitq" təlimi baş tutub. SİA-nın məlumatına görə, təlimdə Gənclər Təşkilatları Milli Şurasının üzvü olan 15-ə yaxın gənclər təşkilatından nümayəndələr və fəal gənclər olmaqla 25 nəfər gənc iştirak edib.
Proqramın əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.
Təlim ASAN radiosunun redaktoru Cəlalə Nəzəroğlu tərəfindən keçirilib. Təlimdə üzv təşkilatların nümayəndələrinə təsirli nitqin hazırlanması və auditoriya qarşısında çıxış mövzularına toxunulub. Daha sonra effektiv ünsiyyətdə önəmli olan keyfiyyətlər və onların inkişaf etdirilməsi yolları, həmçinin ictimai çıxışla bağlı müzakirələr baş tutub. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunublar.
Qeyd edək ki, Gənclər Təşkilatları İnstitutunun gücləndirilməsi istiqaməti çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "QHT İdarəetmə Akademiyası" (QİDA) proqramı 2013-cü ildə start verilib. Akademiya QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan təlimlər blokunu əhatə edir. Birinci tədris bloku – QHT-lərin İdarəetmə Akademiyası, ikinci tədris bloku – Layihələrin İdarəetmə Akademiyası, üçüncü tədris bloku – Şəxsi və Peşəkar İnkişaf Akademiyası, dördüncü tədris bloku – Seçmə kurslarıdır. Proqram çərçivəsində qış, yaz, yay və payız sessiyalarını əhatə etməklə Bakı şəhəri ilə yanaşı Gəncə, Quba, Lənkəran, Oğuz və Şəmkir şəhərlərində 73 gənclər təşkilatından 520 iştirakçı QİDA proqramı çərçivəsində 54 ayrı təlim təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB