“Şuşa qalası” teatrı təşkil olunub

“Şuşa qalası” teatrı təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, "Uğurlu gələcək" İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən "Şuşa qalası: gənclər üçün teatral formatda tanışlıq tədbirləri" layihəsinə yekun vurulub.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli açaraq, tədbir iştirakçılarını salamlayıb, iştirakçılara ən səmimi arzu və istəklərini bildirmiş, layihənin icraçılarına, teatrın yaradıcı heyyətinə müvəfəqqiyətlər arzu edib.

Daha sonra, Mingəçevir şəhərinin Gənclər Evinin rəhbəri Tural Kərimov, layihənin əsas məqsədinin məktəbliləri Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə yaxından tanış etmək, həmçinin gənclərin teatra cəlb olunmasını, məktəblərdə teatr sənətinin təbliğinin artırılması olduğunu bildirib. T.Kərimov gənclərin keçirilən teatr və sərgiyə çox ciddi maraq göstərmələrinin və həvəslə hazırlaşmalarının çox sevindirici bir hal olduğunu qeyd edib.

Tədbirin sonunda gənclərin əl işlərindən ibarət sərgi təşkil olunmuş, və iştirakçılar sertifitaklar ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə