Aydın Quliyev: "Belə davam etsə, "Sərhədsiz Reportyor"lardan imtina halları çoxalacaq" AÇIQLAMA
Azərbaycan mediasının vəziyyəti getdikcə müsbətə doğru dəyişib inkişaf etsə də, təəsüf ki, "Sərhədsiz Reportyorlar" kimi bəzi beynəlxalq təşkilatların mövqeyi dəyişməz olaraq qalır". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, sözügedən təşkilatın Azərbaycan mediası ilə bağlı hesabatı qurumun ölkəmizə qarşı ənənəvi, həqiqətə uymayan qəzəli münasibətini göstərməkdədir. Bunun bir çox səbəbləri olduğunu deyən baş redaktorun sözlərinə görə, təşkilatın ölkəmizə qarşı qərəzi artıq dünyada müzakirə olunan məsələdir: "Yəni artıq çox dairələr onların bizə qarşı qərəzli münasibətdə olduğunu başa düşür. Hər kəs bilir ki, "Sərhədsiz Reportyorlar" təşkilatı ölkəmizə qarşı qərəzli niyyət sərgiləyir. Hər halda bu təşkilatın davamlı şəkildə ölkəmizə qarşı bu cür münasibət ortaya qoyması, Azərbaycandakı proseslərə təsir göstərmir. Əksinə, təşkilatın öz reytinqi ilə bağlı problemlər yaradır. Başqa sözlə desək, belə rəylər Azərbaycanın dünyadakı imicini dəyişmir, əksinə bizə qarşı mənfi rəy sərgiləyən beynəlxaq təşkilatların imicinə zərbə vurmuş olur. Bu baxımdan da həmin təşkilatın yaydığı hesabatdan biz deyil, onların özləri narahat olmalıdırlar".
A.Quliyev qeyd edib ki, əgər belə təşkilatlar öz reytinqi haqqında düşünürsə, belə qəzərli mövqedə olmamalıdırlar: "Ümumiyyətlə, onlar tək Azərbaycana qarşı deyil, digər müsəlman ölkələrinə qarşı da belə münasibət ortaya qoyurlar. Hansı ki, həmin ölkələr də Azərbaycan kimi öz müstəqil siyasətini həyata keçirir və onların tələblərinə uymurlar. Belə ölkələrin sayı çox deyil. "Sərhədsiz Reportyorların" bu ölkələrə göstərdiyi qərəzli mövqe yalnız onların öz fəaliyyətinə zərər vurmaqdan başqa heç nəyə yaramır. Yəqin ki, bir müddət belə davam etsə, həmin təşkilat dünya miqyasında böhran keçirə bilər və onlarla əməkdaşlıqdan imtina edən ölkələrin sayı getdikcə artar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB