Bu il Dünya kişilər günü noyabrın 5-də qeyd olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünya ictimaiyyəti bu günü (World Men's Day) noyabr ayının ilk şənbə günü qeyd etməyə başlayıb. Dünya kişilər günü rəsmən təsdiq olunmasa da, bir çox ölkələrdə qeyd olunur. Bu gün kişilər hədiyyə gözləyirlər, lakin onlar üçün hər şeydən əvvəl qadın diqqətidir. Kişilər qadınlardan səmimi qəlbdən diqqət gördükdə xoşbəxt olurlar.
Xatırladaq ki, Beynəlxalq qadınlar günü dəyişilmədən martın 8-də qeyd olunur. Lakin Beynəlxalq Kişilər günü də var ki, o da noyabrın 19-da qeyd olunur. İlk dəfə bu gün noyabrın 19-da 1999-cu ildə Trinidad və Tobaqo Respublikasında qeyd olunub. Daha sonra həmin gün ABŞ, Böyük Britaniya, Yamayka, Avstraliya, Hindistan, Sinqapur, Malta, Cənubi Afrika və digər ölkələrdə qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB