Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Dan Stavı qəbul edib. SİA Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin nümayəndə heyətinin İsrailin sabiq prezidenti mərhum Şimon Pereslə vida mərasimində iştirakına görə təşəkkürünü bildirən səfir, iki dost ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb.
Söhbət əsnasında hər iki tərəf elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, humanitar sferada İsrail-Azərbaycan müştərək layihələrinin icrası, xüsusən ədəbiyyat, kino, teatr, musiqi və digər sahələr üzrə uzunmüddətli birgə fəaliyyət proqramının hazırlanması hər iki ölkənin xalqlarının mənafeyi baxımından səmərəli olardı.
Qəbulda tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB