Müşfiq Ələsgərli: "Bu təşkilatlar siyasi sifariş xidmətçiləridir" MÜNASİBƏT
"Sərhədsiz Reportyorlar", "Freedom House" və digər bu kimi beynəlxalq təşkilatlar var ki, onların siyasi sifariş yetirmələri, erməni lobbisinin təsiri altında olması təsdiq olunmuş faktdır". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, sözügedən təşkilatların hesabatlarının təhlili aparıldıqdan sonra məlum oldu ki, onların verdiyi açıqlamalar heç bir əsası olmayan qərəzli məlumatlardır: "Freedoom House" təşkilatı öz hesabatlarında Amerikadakı ciddi qanun pozuntularına yer ayırmır. Hətta həmin faktlar amerikanın siyasi dairələri tərəfindən də etiraf olunur. Misal üçün prezidentliyə namizəd olan Donald Tramp orada seçki saxtakarlığı ilə üzləşdiyini iddia etdi. Eləcə də oradakı polislərin qaradərili insanları güllələməsi, ABŞ-da jurnalist ölümü faktları, terror və digər bu kimi onlarla hadisə baş versə də, niyə bunların heç biri həmin hesabatlarda yer almır? Belə çıxır ki, həmin təşkilatlar özlərinin yaşadıqları, fəaliyyət göstədikləri şəhərlərdə baş verən hadisələrə diqqət ayırmır, lakin min kilometrlərlə uzaqda olan Azərbaycandakı məsələləri bu qədər həsaslıqla izləyirlər?".
M. Ələsgərli bildirib ki, sözügedən hesabatlarda yer alan ölkələrin sırasına baxdıqda orada daha çox müsəlman ölkələrinin yer tutduğunu görmək olur: "Təbii ki, bu da təsadüfi deyil. "Sərhədsiz repartyorların" keçmiş rəhbəri hazırda Fransada şəhər meri kimi çalışır. Lakin o, təşkilata rəhbərlik etdiyi zaman müsəlman miqrantlarına qan uddurmaq və onları şəhərlərdən qovmaq fəaliyyəti ilə yadda qalıb. Həmin təşkilatın fəaliyyətində hər zaman anti-müsəlman, anti-Şərq ovqatı hökm sürüb ki, bu da müsəlman dünyasına qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Sözügedən təşkilatlar adi beynəlxalq jurnalist təşkilatı deyil, hansısa qüvvələrin siyasi sifarişini yerinə yetirirlər. Bütün bunlar sübut olunan faktlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB