Turizm sektorunda çalışanlar üçün əlavə məsuliyyət

Turizm sektorunda çalışanlar üçün əlavə məsuliyyət

"Turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını pozduqlarına, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə, intizam məsuliyyətinə cəlb olunacaq". SİA-nın xəbərinə görə, bu barədə yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə təsdiq edən əməkdaşların nəzərinə çatdırdıqdan sonra intizam pozuntusuna yol vermiş əməkdaşları intizam məsuliyyətinə cəlb edilə bilər. Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

Yeni qanunda bildirilir ki, turizm qanunvericiliyinin pozulması cinayət, inzibati və mülki-hüquqi məsuliyyətə səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə