"Bu il Azərbaycan turizmi indiyədək yaşamadığını yaşadı". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin sərəncamlarının icra olunması buna cari ildə ölkəmizdə gələn turistlərinin sayının çox olmasında böyük təsirini göstərib: " Bu il xüsusilə viza rejiminin aradan qaldırılması turizm sahəsində müsbət tendensiyalara əsəbə oldu. Bu gün Bakıya ərəblərin axını davam etməkdədir. Nəyə görə ərəbləri çox qeyd edirik, çünki onları qiyafələrindən tanıyırıq. Bu yay ölkəmizə gələn iranlıların da sayı az olmayıb. Son 13 ildə Azərbaycanda otel biznesi 6 dəfə artıb. Lakin buna baxmayaraq, bu il ölkəmizə gələn Azərbaycanda turistlərə yer olmadı. Azərbaycan turizmi indiyədək yaşamadığını bu il yaşadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB