Bu il Azərbaycana 20 mindən çox Dubay vətəndaşı gəlib

Bu il Azərbaycana 20 mindən çox Dubay vətəndaşı gəlib

"2015-ci ildə Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 750 nəfər idisə, 2016-cı ilin 6 ayında Dubaydan gələn xarici vətəndaşların sayı 9500-dən çox, 9 ayda isə bu rəqəm 22 minə çatıb". SİA-nın xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" qanun layhəsinin növbəti müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, cari il də turizm sahəsi ilə bağlı əldə olunan nailiyyətlər Ölkə başçısının viza məsələsi ilə bağlı turistlərə dəstək verməsi ilə bağlı olub. Onun sözlərinə görə, "ASAN xidmət" vasitəsilə 3 müddətində viza almaq imkanı Azərbaycanda turizmin inkişafına daha böyük imkanlar açacaq.

"Turizm haqqında" qanun layihəsi haqqında fikirlərini bölüşən M. Qəhrəmanov söyləyib ki, layihə ilə bağlı fikir ayrılıqları olsa da, nəticə etibarı ilə ümumi məxrəcə gəlinib: " Qanun layihəsi ilkin olaraq 135 maddədən ibarət idi. Lakin müzakirələrdən sonra layihə mövcud vəziyyət, tələblər və edilən təkliflər nəzərə alınaraq 93 maddəyə endirilib. Artıq Maliyyə Nazirliyi daxil olmaqla bütün dövlət qurumları qanun layihəsi ilə bağlı rəylərini bildirib. Qanunda Mədəniyyət və Turimz Nazirliyinin 2001-ci ildən bu günə qədər olan təcrübəsi, ölkədə formalaşan və beynəlxalq müəssisələrdə təhsil olan mütəxəssislərin və turizm şirkətlərinin verdikləri təkliflər, eləcə də Ümumdünya Turizm Təşkilatının qanun layhəsi ilə bağlı verilən diyi tövsiyələr əsas hədəf kimi götürülüb. Həmçinin layihədə Avstriya və Litva tərəfindən bizə təqdim olunan təkliflər də nəzərə alınıb. Düşünürəm ki, bütün bunların nəticəsində turizm şirkətləri, bələdçilər və ümumilikdə dolayısı yolla bu sahəyə təsir göstərən sahələrdəki problemlərlə bağlı məsələləri qanun formasına salmaqla həll edə bilərik"

Bütün xəbərlər Facebook səhifəmizdə