Bu gün Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon icra hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Dövlət və din" mövzusunda yuxarı sinif şagirdlərinin və gənc müəllimlərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov, Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov və baş məsləhətçisi Aydın Qasımov, Təhsil şöbəsinin müdir müavini İsmayıl Adığözəlov, Dövlət Təhlükəsizlik Xidməti Bərdə rayon şöbəsinin əməkdaşı iştirak edirdi. Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mənəvi və dini münasibətlər sisteminin formalaşmasından, ölkəmizdə həmişə yüksək tolerantlıq mühitinin hökm sürməsindən, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma hallarının baş verməməsindən danışıb.
Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxış edərək qeyd edib ki, müasir dünyada, xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamafobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə Azərbaycanda da zaman-zaman öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərsələr də, dövlətimiz tərəfindən dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm qanunvericilik, institusional və inzibati tədbirlər bu kimi meyillərin ölkəmizdə sosial dayaq tapmasına imkan verməmişdir. Bundan başqa, respublikamızın bütün bölgələrini əhatə edən dini maarifləndirmə işləri radikal və ekstremist dünya görüşünün Azərbaycan cəmiyyətinə sirayət etməsinin, xüsusilə də gənclərin milli-mənəvi dəyərlərimizə zidd ideologiyaların təsiri altına düşməsinin qarşısını alan mühüm faktorlardandır.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək vurğulayıb ki, Azərbaycan dünyəvi və sekulyar ölkədir. Bununla belə dövlət vətəndaşlarının din və etiqad azadlıqlarını, ibadət sərbəstliyini ( onu yaymamaq şərti ilə) təmin edir. Azərbaycan elə bir regionda yerləşir ki, orda dini maariflənmə, dövlətin dindarlar və dini icmalarla nəzarəti həddən artıq zəruridir. Çünki Azərbaycan çoxsaylı etnik qrupa və həmçinin dini konfessiyalara malik bir ölkədir. Azərbaycan əsl tolerantlıq nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB