Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən "QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə "QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsinə start verilir.
SİA-nın məlumatına görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti, Avropa Gənclər Forumu və "AİESEC Qlobal"-ın tərəfdaşlığı ilə həyata keçiriləcək.
"QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramı çərçivəsində keçirilən layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, Avropa Gənclər Fondu, Avropa Gənclər Forumu və digər beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, beynəlxalq layihələrin həyata keçirilməsi üçün Avropa Gənclər Fondunun qrant müsabiqələrinə müraciət qaydalarının öyrədilməsi, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir.
"QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsi iki hissədən ibarət olacaq. Layihənini ilk hissəsində keçiriləcək panel sessiyası "Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi" mövzusunda Avropa Gənclər Paytaxtı Gəncə şəhərində keçiriləcək. Panel sessiyasında rəsmi nümayəndələrin, yerli ekspertlərin, eləcə də Gəncə şəhərinin fəal gənclərinin iştirakı nəzərdə tutulub. Tədbir zamanı layihə haqqında iştirakçılara ümumi məlumat eləcə də, gəncləri maraqlandıran suallara cavab veriləcək, qonaqlar mövzu ilə bağlı təcrübələrini bölüşəcəklər.
"QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramı çərçivəsində keçirilən layihənin ikinci hissəsi Bakı şəhərində 3 gün ərzində təlimlər şəkilində keçiriləcək. Təlimlər "İctimai vəkillik və lobbiçilik", "Avropa Fondları vasitəsi ilə Fandreyzinq" və "Davamlı İnkişaf Məqsədləri və Gənclər Təşkilatlarının BMT-də rolu" adlı mövzuları əhatə edəcək. Təlimlər zamanı beynəxalq ekspertlər tərəfindən mövzu ətrafında ilkin biliklər veriləcək. Daha sonra gənclər mövzu ilə bağlı qrup işlərində iştirak edəcəklər. Təlimlərin sonunda bağlanış mərasimində gəclərin təltifetmə mərasimi baş tutacaq.
Qeyd edək ki, Bakı şəhərində keçiriləcək təlimlərdə 60 gənc iştirak etmək şansı qazanacaq. Təlimlərdə iştirak etmək üçün 20 noyabr 18:00-a qədər www.qida.nayora.az portalına daxil olmaqla müraciət formasını doldura bilər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə "3G" ("G" - Gənclər) strategiyasını qəbul edib. "3G" strategiyası özündə 3 əsas prioritet istiqaməti birləşdirir. Bunlar, gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması və gənclər təşkilatları institutunun gücləndirilməsi.3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə 2013-cü ildən start götürən "QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramını həyata keçirir. QİDA proqramı çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bugünə qədər 53 gənclər təşkilatından 415 iştirakçı QİDA proqramı çərçivəsində 47 ayrı təlimdə iştirak edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB