Gənclər Fondunun və YAP GB-nin dəstəyi ilə "Təhsil millətin gələcəyidir" layihəsi keçirilib FOTOLAR
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin dəstəyi ilə "Təhsil millətin gələcəyidir" layihəsinin növbəti təlimi yekunlaşmışdırılıb. SİA-nın verdiyi xəbərə görə, təlimdə iştirakçılara sürətli oxuyla bağlı maraqlı məlumatlar verilib, bukletlər paylanılıb, oxuma sürətini artırmaq üçün göz hərəkətləri, gündəlik həyata keçirilə biləcək hərəkətlər və s. faydalı məlumatlar çatdırılıb.
Layihənin rəhbəri, YAP GB-nin üzvü Tural Bayramlı gənclərə məlumatlar verdikdən sonra, mövzu ətrafında geniş müzakirələr aparılıb. Gənclər təhsilin inkişaf və tərəqqisi üçün daim fəallıq göstərilməli olduğunu deyərək,"Təhsil millətin gələcəyidir" layihəsinin bu istiqamətdə stimul rolu oynadığını deyiblər.
Rövşən Nurəddinoğlu
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB