FOTOElektron vətəndaş cəmiyyətinə dair layihə yekunlaşıb

FOTOElektron vətəndaş cəmiyyətinə dair layihə yekunlaşıb

Bu gün "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı" layihəsinin yekunları ilə bağlı təqdimat olub. SİA-nın məlumatına görə, tədbirdə bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilib. Layihə 6 ay ərzində icra edilib. "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, layihə elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı, vətəndaş cəmiyyəti təşkilatlarına bu şəbəkədən istifadə imkanlarının artırılmasından bəhs edir. Layihə çərçivəsində QHT.az saytının texniki imkanları genişləndirilib, QHT-lərin xəbərləri yayımlanıb, bir sıra rayonlarda təlimlər keçirilib, QHT liderlərinin informasiya bankı yaradılıb. Artıq şəbəkədə 500-ə yaxın QHT haqqında informasiya bazası formalaşdırılıb. Onlar üçün subdomenli saytlar fəaliyyət göstərir. QHT.az saytının bazasında rus, ingilis, türk dillərində xəbərlər bölməsi yaradılıb. Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət şəbəkənin faydasından danışıb. Bildirib ki, hazırda ölkədə çoxsaylı resurslar mövcuddur, amma QHT sektorunda belə bir xüsusi saytın olması çox vacibdir. O, layihənin davamlı olacağına ümid etdiyini bildirib. Sonda "Vətəndaş Cəmiyyəti Şəbəkəsi" nin 10 ən fəal üzvü olan QHT-lər fəxri fərmanla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə