304 çoxmərtəbəli bina qazlaşdırılıb

304 çoxmərtəbəli bina qazlaşdırılıb

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2016-cı ilin yanvar-oktyabr ayları ərzində müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qazının verilməsi təmin edib. SOCAR-dan SİA-ya verilən məlumata görə, həmin binalarda ümumilikdə 8 772 mənzil var.

"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə