Qaradağ rayonunda intihar edən qızın əsas məqsədi nə olub? PSİXOLOQ RƏYİ
Son zamanlar intiharla bağlı məlumatlara tez-tez rast gəlirik. Onlardan da biri bu gün Qaradağ rayonunda qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Samirə Məmmədova yaşadığı evdə özünü intihar etmək istəyib. Lakin maraqlısı odur ki, evin qapısı qıfıllayıb, qaz xəttinə açan 26 yaşlı qız intiharı haqqında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək məlumat verməyi də unutmayıb. Demək ki, S. Məmmədova və bu timsalda olan şəxslərin fikri heç də intihar etmək deyil. Bəs o zaman məqsəd nədir?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən psixoloq Gülnarə Muxtarova söyləyib ki, intihar edənin bir neçə məqsədi ola bilər ki, onlardan da biri diqqət çəkməkdir: "Elə insanlar var ki, özlərini acındırmaq, kimlərdənsə qisas almaq, diqqət çəkmək, özünü yazıq kimi göstərmək məqsədilə intihara əl atırlar. Buna insanların ailədə diqqətdən kənarda qalması da səbəb ola bilər. Ümumiyyətlə, faktlara əsasən götürsək intihara cəhd edənlərin 80 faizinin əsas məqsədi intihar olmur. Çünki bu kritikal bir haldır. İnsanın özünə qəsd etməsi üçün onun həddindən artıq psixoloji problemləri olmalıdır. Yalnız bu halda, həmin şəxslər heç nəyi gözə almayaraq intihar edir və o zaman da heç kimə xəbər vermirlər. Bu baxımdan bu gün baş verən hadisəyə intihar demək olmaz. Çünki xanımın Daxili İşlər Nazirliyinə zəng etməsi onun son anda da olmuş olsa xilas olunmaq istəyi ilə bağlı olub".
Məlumat üçün bildirək ki, S. Məmmədov xəstəxanaya yerləşdirilib və vəziyyətinin normal olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB