"Tək Azərbaycan yox, bütün dünyada azyaşlı uşaqlarda piylənmə artıb. Bunun səbəbləri isə uşaqların aktivliyinin az olması, daha çox kompüterlə maraqlanmaları və informasiyaları bu texnikalar vasitəsi ilə əldə etmələri, xanımların iş həyatına daha çox vaxt ayırmaları, nənə və baba himayəsində qalan uşaqların ərköyünlüyü səbəbindən qida pozğunluqları, "fast-food"ların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi və s.dir". Bunu SİA-ya açıqlamasında dietoloq Tutu Zeynalova deyib.
O qeyd edib ki, xanımların iş həyatına daha çox vaxt ayırmaları uşaqların hazır yeməklər, "fast-food"larla qidalanmasına gətirib çıxarır: "Valideynlərin "fast-food" yeməklərinə daha çox üstünlük verməsi uşaqlarda qida pozğunluğu yaradır və piylənməyə səbəb olur. Qida ana bətnində başlayan və yaşam boyunca davam edən davranışdır. Qida mədəniyyəti ailədə düzgün formalaşmalıdır. Uşaq necə öyrənirsə, elə də davam edir. Buna görə valideynlərin öhdəsinə böyük məsuliyyət düşür. Əyləncə mərkəzlərinə nəzər salanda görürsən ki, ana əlində telefonla məşğuldur, uşaqlar isə çipsilər, müxtəlif sular və digər bu kimi qidalar qəbul edirlər. Bunu hallar mütəmadi olanda fəsadlar törənir. Məktəblilərin çantasında da daha çox "fast-food" yeməkləri olur. Ancaq uşaqların çantasına meyvə, badam, süd, ayran, yoqurt kimi qidalar qoyulmalıdır. Qeyd edim ki, məktəblilərin çoxu səhər yeməyi də yemir. O zaman uşaqların dərsi qavrama qabliyyəti də aşağı enir. Səhər yeməyi yeyən uşaqlar həm sosial aləmə daha tez adaptasiya edir, həm də özlərinə güvənləri yaxşı olur və dərsi yaxşı qavrayırlar".
Dietoloqun sözlərinə görə, çəki problemi olan uşaların dietası zamanı onları qəti şəkildə ac saxlamaq olmaz. Bildirib ki, belə uşalqarı planlalı şəkildə, yavaş-yavaş sağlam qidalanmağa yönəltmək lazımdır".
T.Zeynalova uşalqarın idmanla məşğul olmasının önəmliliyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB