“Excelsior Hotel & Spa Baku" otelində Milli Mətbəxin təqdimatı keçirilib FOTOLAR

“Excelsior Hotel & Spa Baku" otelində Milli Mətbəxin təqdimatı keçirilib FOTOLAR

2016-cı il noyabrın 2-də "Excelsior Hotel & Spa Baku" otelinin "Belveder" restoranında Milli Mətbəxin təqdimat mərasimi keçirilib. Mərasimdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Təqdimat zamanı milli mətbəximizin xüsusiyyətləri haqqında söhbət edilmiş, Azərbaycanın ənənəvi yeməklərinin hazırlanması üsulları nümayiş etdirilib. Bundan başqa, tədbir iştirakçıları hazırlanmış yeməklərin dadına baxmış və onların çox gözəl dad keyfiyyətlərinə əmin olmuşlar.

Məlum olduğu kimi, Azərbaycan – son dərəcə zəngin və qədim mədəniyyətə malikdir və milli mətbəx onun ayrılmaz hissəsidir. Hamı tərəfindən qəbul edilib ki, Azərbaycan mətbəxi bütün dünyada özünəməxsusluğu və koloriti ilə seçiləndir.

"Excelsior Hotel & Spa Baku" otelinin "Belveder" restoranında hər gün saat 18:00-dan qonaqlar Azərbaycanın milli mətbəxinin yeməklərini sifariş verə bilərlər. Qiymətlər 3 AZN-dən başlayır və qiymət menyudan asılı olaraq dəyişir.

"Excelsior Hotel & Spa Baku" otelinin Ərzaq və içkilər departamentinin meneceri Mehmet Ayan qeyd etmişdir ki, bu xidməti "Belveder" restoranı noyabr ayından başlayaraq təqdim etməyə başlamışdır. Restoranın peşəkar aşpazları milli mətbəxin istənilən yeməklərini hazırlaya bilir. Oteldə qalan əcnəbilər üçün bu, Azərbaycan mətbəxi ilə tanış olmağın gözəl imkanıdır, bizim həmvətənlərimiz üçün isə - rahat interyerli gözəl atmosferdə şam yeməyi keçirməkdir.

"Excelsior Hotel & Spa Baku" oteli 2005-ci ildən fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otağı, 2 "Royal" lüks otaq, 4 "Crown" lüks otaq, 45 "Heritage" standart otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s. var.

Bütün xəbərlər Facebook səhifəmizdə