Azərbaycanın İstanbuldakı baş konsullu Məsim Hacıyev Türkiyənin İzmir vilayətinə səfəri çərçivəsində İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Aziz Kocaoğlu, İzmir şəhər Karabağlar Rayon Bələdiyyəsinin sədri Muhittin Selvitopu, bu vilayətdəki müxtəlif ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Bələdiyyələrdə keçirilən görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsi yüksək qiymətləndirilib, iqtisadiyyatın ayrı-ayrı sahələrinə sərmayə qoyuluşu, turizm imkanlarından qarşılıqlı istifadə məsələlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Baş konsul Karabağlar rayon ərazisində istifadəyə hazırlanan "Azərbaycan–Qarabağ–Xocalı" Parkının salınmasına görə M.Selvitopuya təşəkkürünü bildirib.
Azərbaycanlı tələbələrlə keçirilən görüşdə M.Hacıyev onları maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB