Fərman Salmanovun 90 illik yubileyi qeyd ediləcək Tümendə

Fərman Salmanovun 90 illik yubileyi qeyd ediləcək Tümendə

Rusiya Federasiyasının Tümen vilayətində Sibir neftini kəşf edən Fərman Salmanovun 90 illiyi geniş qeyd ediləcək. Bunu Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev bildirib.

2018-ci il iyulun 28-də F.Salmanovun anadan olmasının 90 illiyinin tamam olduğunu xatırladan V.Yakuşev qeyd edib ki, akademik İvan Qubkinin bəsirətini əyani təsdiqləmiş bu böyük insanı tümenlilər daim hörmətlə xatırlayırlar. Qubernator deyib: "Ölkənin və Tümen vilayətinin iqtisadi inkişafına Fərman Salmanovun töhfəsi yüzdən çox neft yatağının kəşfidir".

Bütün xəbərlər Facebook səhifəmizdə