"Hər il noyabr ayı gələn kimi "Azəristiliktəchizat" müxtəlif fırıldaqlara əl atır. Bu qurum camaatın əsəbi ilə oynayır. Ötən ilki kimi, bu ildə deyirlər ki, noyabrın 15-də istilik sistemləri işə salınacaq. Nə üçün noyabrın 15-i? Havalar soyuyub, şaxtalı keçir. İstilik sistemləri vaxtından əvvəl işə salınmalıdır".
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.
Havaların soyuq keçməsinə baxmayaraq "Azəristiliktəchizat" ASC tərəfindən mənzillərə hələ də istiliyin verilməməsinə münasibət bildirən V.Əhmədov qeyd edib ki, qabaqlar bu haqda normativ sənəd var idi: "Müstəqil dövlətik, bu barədə normativ sənəd qəbul olunmalıdır. Əgər havalar soyuyursa, mənzillərə istilik tez verilməlidir. Bir qurum başqa bir quruma borcludursa, bu artıq onların vəzifəsidir ki, bir araya gəlib həll etsinlər. Bunların arasındakı ədavətə görə vətəndaş nə üçün əziyyət çəkməlidir!?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB