İşıqforun işləməməsi piyadaların həyatını təhlükəyə atır FOTO FAKT!
Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində piyadalar üçün sözün əsl mənasında müəmmalı vəziyyət yaranıb. SİA-nın verdiyi məlumata görə, yolu keçmək istəyən piyada onlar üçün nəzərdə tutulmuş işıqfor işləmədiyinə görə əsl problem yaşayır. İşıqfor işləmədiyinə görə, piyada yolu keçib-keçməyəcəyinə qərar verə bilmir. Əgər keçərsə, daha böyük təhlükə ilə üzləşir. Çünki Rəşid Behbudov küçəsinə doğur hərəkət edən maşınlar piyada üçün böyük təhlükə yaradır. İşıqforun işləməməsi ucbatından burada dəfələrlə bədbəxt hadisələr baş vermişdir. Xüsusilə də daha çox tələblərin (ADPU tələbələri) istifadə etdiyi bu yolda işqıforun işləməməsi və dəfələrlə etdiyimiz zənglərə baxmayaraq aidiyyatı qurumların bu məsələyə laqeydlik nümayiş etdirərək işıqforu düzəltməməsi bizi məcbur etdi ki, bu məsələni ictimailəşdirək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB