Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətən mənim evimdir – təbiəti sevək və qoruyaq!" adlı layihə uğurla həyata keçirilib.
SİA-nın məlumatına görə, layihə 3 gün ərzində davam etdirilmişdir. Layihə çərçivəsində gənclər ekoloji maarifləndirilmiş və bu sahədə görüləcək işlər barədə məlumat almışdırlar. Layihə rəhbəri Əliyev Emin qeyd edib ki, təlimlər vasitəsi ilə maarifləndirmə işlərinin geniş miqyasda aparılması gənclərin gələcəkdə ekoloji problemlərə qarşı marağın artmasına və digər gənclərində faydalanmaq şansının artmasına səbəb olacaq. Əsas diqqət region gənclərinə ekologiya haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır.
Layihə Beyləqan rayonununun bir sıra orta məktəblərin həyata keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB