II Azərbaycan Elm Festivalı ilə bağlı yekun sənəd qəbul olunacaq AÇIQLAMA

II Azərbaycan Elm Festivalı ilə bağlı yekun sənəd qəbul olunacaq AÇIQLAMA

"İkinci Azərbaycan Elm Festivalın birinci festivaldan fərqli cəhətləri az deyil. Belə ki, bundan əvvəlki festival yalnız Bakı şəhərində keçirilmişdisə, budəfəki festival Naxçıvan, Şəki, Gəncə və Sumqayıtda da keçirilir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc alimlər və mütəxxəsilər şurasının sədri Ulduzə Qurbanova deyib.

Festivalla bağlı tədbirlərin ötən gün Naxçıvanda keçirildiyini deyən şura sədri bildirib ki, artıq Sumqayıtda keçirilən tədbirlərə bugündən etibarən start verilib: "Festival noyabrın 4-də Şəkidə davam edəcək, noyabrın 5-də isə Gəncədə yekunlaşacaq. Festival gənclərin elmlə cəlb olunması baxımından böyük əhəmiyyətə malikdir. Bundan əlavə, ictimaiyyət festival vasitəsilə alimlərimizin əldə etdikləri son nailiyyətlər haqqında məlumatlar əldə edir, onlarla yaxından tanış olmaq imkanı qazanırlar Festivalda məktəb şagirdərinin elmə cəlb olunması məsələsinə xüsusi önəm verilir. Tədbir çərçivəsində məktəblərdə təşkil olunan mühazirələr məhz bu ama xidmət edir. Ümumilikdə götürsək, bu cür festivallar Azərbaycan elminin pupulyarlaşdırılmasına xidmət edir".

Ötən festivala 15 min insanın cəlb olunduğunu qeyd edən U. Qurbanova söyləyib ki, budəfəki festivala 50 min insanın cəlb olunması proqnozlaşdırılır: "Festivalda hər yaş təbəqəsindən, hətta elmdən uzaq olan insanların iştirakı müsbət qiymətləndirilir. Tədbirlərdə ABŞ-dan gələn qonaqlar iştirak edir. Belə ki, Amerikadan ölkəmizə gələn xüsusi rok-qrupu festivalın açılış mərasimində Bakıdaçıxış etdi və hazırda onlar çıxışlarını bölgələrdə keçirilən tədbirlərdə davam etdirirlər".

Şura sədri əlavə edib ki, sonda festivalla bağlı yekun sənədin qəbul olunması da nəzərdə tutulub: "Tədbirə Gəncədə yekun vurulduğu üçün festivalla bağlı yekun sənəd məhz orada qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə