Texniki baxışdan keçməyən avtomobil bu gündən cərimələnəcək SON GÜN

Texniki baxışdan keçməyən avtomobil bu gündən cərimələnəcək SON GÜN

"Bu il 2009-2011-ci il buraxılışı olan yüngül minik avtomobilləri texniki baxışdan keçməli idi. Noyabrın 1-də həmin avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatdığından bu gündən etibarın yolda xidmət aparan yol polisi nəfərləri hər hansı saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyini aşkar etdikdə yerindəcə inzibati qaydada protokol tərtib edir". Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, protokola əsasən, hüququ şəxslər 300, vəzifəli şəxslər 100 manat, fiziki şəxslər isə 50 manat məbləğində cərimə olunur: "Əgər avtomobilinizin texniki cəhətdən saz olmasının şahidi olmaq istəyirsinizsə, Respublika Dövlət Yol Polisinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Diaqnostika şöbəsinə könüllü olaraq olaraq avtomobiliniz təqdim edib və gecikməyə görə, inzibati protokol təqdim etmədən, cəzalandırılmadan avtomobilinizi texniki baxışdan keçirə bilərsiniz. Avtomobiliniz həqiqətən də texniki cəhətdən işləkdirsə, onu sübut edən nişan əldə etməklə avtomobilinizi idarə etmək icazəsi almış olacaqsınız. Diaqnostika mərkəzində müasir standartlara cavab verən texniki vasitələr var ki, avtomobillər onların köməyi ilə fasiləsiz olaraq istənilən növ təqdim edilən nəqliyyat vasitəsinə baxış keçirilir. Bu baxımdan polis idarəsi sürücülərə onlara verilən vaxtdan düzgün istifadə etməyi tövsiyə edir. Ümumiyyətlə, sürücülər idarə etdikləri avtomobilin texniki vəziyyətinə diqqət etməlidirlər. Bu Azərbaycan Respublikasının " Yol Hərəkəti" haqqında qanunun tələbinə uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə