Qazağıstan məhkəməsi ÖLÜM HÖKMÜ VERDİ

Qazağıstan məhkəməsi ÖLÜM HÖKMÜ VERDİ

Alma-ata məhkəməsi Qazağıstan vətəndaşı Ruslan Kulambekova ölüm hökmü kəsib. SİA xəbər verir ki, bu barədə life.ru saytı yazıb. Qeyd olunur ki, Ruslan Kulambekov 10 nəfərin qətlə yetirilməsində ittiham olunurdu ki, onun öldürdüyü şəxslərin böyük əksəriyyəti hüquq-mühafizə əməkdaşlarıdır.

Aparılan istintaqdan da bəlli olmuşdu ki, qatil rayon polis idarəsinə, milli təhlükəsizlik komitəsi departamentinə və vergi departamentinə hücum edərək, adıçəkilən idarələrin əməkdaşlarına odlu silahdan atəş açıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə