Deputatlarımız Kiyevdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Deputatlarımız Kiyevdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Ukrayna paytaxtında AVRONEST Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edirlər.

Noyabrın 1-də AVRONEST Parlament Assambleyasının ikigünlük işi başa çatdıqdan sonra Milli Məclisinin deputatları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Sonra deputatlar Azərbaycanın Ukraynadakı səfirliyində olublar. Səfir Azər Xudiyev deputatları Şərq Tərəfdaşlığı parlament təşkilatı (AVRONEST) və Avropa İttifaqı arasında məhsuldar iş, Məlahət İbrahimqızını isə AVRONEST Parlament Assambleyasının sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin həmsədri seçilməsi münasibəti ilə təbrik edib.

Görüşdə Azərbaycan və Ukrayna arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə